RU

Ülviyyənin göz yaşları - VİDEO

Aktrisa Ülviyyə Xəlilbəyovanın ağlayan videosu yayılıb. 

Axşam.az xəbər verir ki, bir müddət əvvəl aktyor həyat yoldaşı Murad İsmayıldan ayrıldığını açıqlayan sənətçi psixoloq qəbulunda olub. 

Psixoloq Nərgiz Əliyevanın Geştalt terapiyasında olan Ü.Xəlilbəyova göz yaşlarını saxlaya bilməyib. Ülviyyə görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Aktrisa daha bir paylaşımına "Həddindən artıq özsevginin sonu zənnimcə tənhalıqdır. Hər şey qədərində gözəldir. İfrata vardıqda kənardan çox çirkin görsənir. Nizami əbəs yerə deməyib: Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da" sözlərini yazıb. 

Qeyd edək ki, Ülviyyə həyat yoldaşı Muraddan ayrılıb. Cütlüyün 2 oğul övladı var. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
640
45
milli.az

10Источники