RU

Avro-2024: Bu gün Türkiyə millisi 1/4 finalda Niderland komandası ilə qarşılaşacaq

Avro-2024:

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında keçiriləcək. Düsseldorf şəhərinin “Esprit Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Niderland ilə Türkiyə komandaları üz-üzə gələcək. Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl yarımfinala vəsiqə qazanan İspaniya və Fransa seçmələri bir-birlərinə rəqib olublar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
4
azertag.az

3Источники