Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında tatamiyə çıxacaq ilk Azərbaycan cüdoçuları olacaq.
İdman.biz xəbər verir ki, onlar mübarizəyə açılış mərasiminin ertəsi gün – iyulun 27-də başlayacaq.
Cüdo yarışlarında hər gün iki dəst medal sahibini tapacaq. İlk yarış günündə kişilər 60 kq, qadınlar 48 kq çəkidə mükafatçıları müəyyənləşdirəcək.
Azərbaycan cüdoçularının Paris-2024 təqvimi:
27 iyul
Balabəy Ağayev (60 kq)
Leyla Əliyeva (48 kq)
28 iyul
Yaşar Nəcəfov (66 kq)
Gültac Məmmədəliyeva (52 kq)
29 iyul
Hidayət Heydərov (73 kq)
30 iyul
Zelim Tçkayev (81 kq)
31 iyul
Elcan Hacıyev (90 kq)
1 avqust
Zelim Kotsoyev (100 kq)
2 avqust
Uşanqi Kokauri (+100 kq)
İdman.biz