RU

Rəcəb Tayyib Ərdoğan Berlinə səfər edib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il Avropa Futbol Çempionatının Türkiyə Milli Futbol Komandası ilə Hollandiya Milli Komandası arasında oynanılacaq 1/4 final matçını izləmək üçün Berlinə gedib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Almaniyanın ev sahibliyi etdiyi turnirdə yarımfinala yüksəlmək üçün Berlin Olimpiya Stadionunda Hollandiya ilə qarşılaşacaq Türkiyə Milli Futbol Komandasına dəstək olacaq.

Rəcəb Tayyib Ərdoğanı, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri səfir Akif Çağatay Kılıç və Kommunikasiyalar üzrə vitse-prezident Çağatay Özdəmir müşaiyət edib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
6
turkic.world

8Источники