Braziliya millisi ABŞ-da təşkil olunan Amerika Kuboku ilə vidalaşıb.
Msport.az xəbər verie ki, “sambaçılar” 1/4 final mərhələsində Uruqvay kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşması qolsuz heç-heçə ilə bitib. Penaltilər seriyasında Uruqvay yığması qələbəyə sevinib – 4:2.
1/4 finalın digər qarşılaşmasında Kolumbiya Panamanı beş cavabsız qolla üstələyib.
Qeyd edək ki, yarımfinalda Argentina Kanada ilə, Uruqvay Kolumbiya ilə üz-üzə gələcək. Matçlar 10 və 11 iyulda olacaq. Final iyulun 14-də gerçəkləşəcək.