RU

Amerika Kuboku: Braziliyanı yarımfinala buraxmadılar

Amerika Kubokunda yarımfinalın daha bir cütü məlum olub.

Futbolpress.az xəbər verir ki, turnirin favoritlərindən sayılan Braziliya yığması Uruqvay səddini aşa bilməyib. Əsas vaxtı qolsuz başa çatan görüşün qalibi penaltilər seriyasından sonra müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan uruqvaylılar yarımfinala yüksəlib.

Digər görüşdə isə Kolumbiya millisi Panamanı darmadağın edib – 5:0. Panamanın formasını geyinən “Turan Tovuz”un futbolçusu Roderik Miller görüşdə bir hissə oynayıb. O, 46-cı dəqiqədə əvəzlənib.

Amerika Kuboku
1/4 final mərhələsi

Kolumbiya – Panama 5:0
Qollar: C.Kordoba, 8, X.Rodriqes, 15 (pen.), L.Dias, 41, R.Rios, 70, M.Borxa, 90+4 (pen.)

Uruqvay – Braziliya 0:0 (penaltilər seriyası 4:2)

Избранный
165
futbolpress.az

1Источники