ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar bəlli olub.
Rekord.az xəbər verir ki, bu raundun cütləri 1/4 final mərhələsinin son iki oyunundan sonra dəqiqləşib.
Kolumbiya yığması Panamanı beş cavabsız qolla üstələyib. Uruqvay - Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında rəqibinə uduzan (2:4) "sambaçılar" turnirlə vidalaşıb.
Yarımfinal mərhələsində Argentina Kanada ilə, Uruqvay isə Kolumbiya ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 10 və 11 iyulda gerçəkləşəcək. Final görüşü iyulun 14-də olacaq.