RU

Nikolo Zaniolo “Qalatasaray”ı “Atalanta”ya dəyişdi

Türkiyənin “Qalatasaray” klubu üç futbolçusu – Nikolo Zaniolo, Tanquy Ndombele və Serj Orye ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Serj Orye İstanbul klubunu azad agent kimi tərk edib.

31 yaşlı sağ cinah müdafiəçisi bu komandaya bu ilin fevralında qoşulmuşdu. O, “sarı-qırmızılar”ın heyətində cəmi 4 oyuna çıxıb.

Orye əvvəllər “Tottenhem”, PSJ, “Tuluza”, “Lans”, “Nottingem Forest”, “Vilyarreal” kimi klublarda da oynayıb. O, Fil Dişi Sahili yığmasında da 89 oyuna çıxıb, 3 qola imza atıb.

Nikolo Zaniolo “Qalatasaray”ı İtaliyanın “Atalanta” klubuna dəyişib. A Seriyası təmsilçisi italiyalı futbolçunu bir mövsümlük icarəyə götürüb. Berqamo təmsilçisi bunun üçün “Qalatasaray”a 6,4 milyon avro ödəyib.

Zaniolo “Qalatasaray”a 2023-cü ilin fevralında “Roma”dan gəlib. İstanbul təmsilçisinin heyətində 12 oyuna 5 qol vurub, 1 assist etmiş yarımmüdafiəçi ötən mövsümü İngiltərənin “Aston Villa” klubunda icarədə olub.

İtaliya yığmasının da üzvü olan 25 yaşlı Zaniolo millinin heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Tanquy Ndombele isə “Qalatasaray”ı Fransanın “Nitsa” klubuna dəyişib. Əslən Konqodan olan fransalı futbolçu İstanbul təmsilçisindən azad agent kimi ayrılıb. 27 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Ndombele “Qalatasaray”ın heyətində bütövlükdə 26 oyuna çıxıb. O, bu oyunlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tanquy Ndombele karyerası ərzində “Olimpik” (Lion), “Tottenhem”, “Napoli”, “Amyen” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi Fransa milli komandasının heyətində 7 oyuna çıxıb.

Избранный
213
44
arena.az

10Источники