RU

İspaniyada yerlilər turistlərə qarşı ayağa qalxdı

İspaniyada yerli sakinlər ölkəyə turist axınına narazılıqlarını ifadə edirlər.

Axar.az xəbər verir ki, Barselonada minlərlə insan kütləvi turizmə və onun İspaniyanın ən çox ziyarət edilən şəhərinə təsirinə qarşı nümayiş keçirib.

Polisin məlumatına görə, 2800-ə yaxın nümayişçi “Bəsdir! Gəlin turizmə məhdudiyyətlər qoyaq” şüarı altında Kataloniya regionunun paytaxtında yürüş keçirib.

Aksiya iştirakçıları şəhərdə artıq yaşamağa heç bir lüzum görmədiklərini bildiriblər.

Qeyd edək ki, ötən il Barselonanı 12 milyondan çox turist ziyarət edib. Son on ildə icarə haqqı 68 faiz artıb. İki həftə əvvəl şəhər administrasiyası 2028-ci ildən turistlərə kirayə üçün mənzillərin verilməyəcəyini açıqlayıb.

Son aylar İspaniyanın Malaqa, Balear adaları və Kanar adaları kimi digər bölgələrində də kütləvi turizmə qarşı böyük etiraz aksiyaları keçirilib. Sakinlər tərəfindən edilən şikayətlər tətil vaxtı icarə ilə bağlı yaranan daşınmaz əmlak bazarının məhdudlaşdırılması, həmçinin səs-küy və ətraf mühitin çirklənməsi ilə əlaqədardır.

Rəsmi statistikaya görə, ötən il İspaniyanı 85 milyon xarici turist ziyarət edib.

Избранный
79
5
axar.az

6Источники