Bakı. Trend:
Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalasıdır.Uzun illər işğal altında qalsa da, düşmənlər tərəfindən talanedilsə də, təbii gözəlliyini, əzəmətini, milli kimliyini itirmədi.Xalqımızın isə bu şəhərə məhəbbəti ilbəil artdı. Çünki Şuşa inşaolunduğu vaxtdan ona göz dikən yadellilərə qarşı qətiyyətlədöyüşərək tariximizdə qəhrəmanlıq salnaməsi yazıb, ədəbiyyatımızın,musiqimizin inkişafına əsaslı töhfələr verib, Azərbaycanıntarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biriolub. Şuşanın azad edilməsi uğrunda aparılan döyüş, tətbiq olunantaktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq tariximizdəyeni bir səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunubütün dünyaya göstərdi. Hazırda isə Vətənimizin bu gözəl məkanıdigər işğaldan azad edilmiş ərazilərimiz kimi bərpa edilir,dirçəlir, hətta artıq öz sakinlərini belə qoynuna alır. Şuşalılarıöz yurdunda görmək hər birimizi fərəhləndirir. Aparılan bütüntikinti-quruculuq prosesinə Şərqi Zəngəzuru və Qarabağı bizəyenidən qaytaran müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərlik etməsi görülən işlərin sürətli və sistemli xarakterindən,keyfiyyətindən xəbər verir. Bu dəfə də Prezidentimiz Şuşada birsıra obyektlərin - “İsa bulağı” istirahət kompleksinin, AşağıGövhər Ağa məscidinin, sutəmizləyici qurğular kompleksinin, DövlətXidmətləri Mərkəzinin, eləcə də Xankəndidə hotellərin açılışınıetdi. Görürük ki, sakinlərin rahat və xoşbəxt yaşaması, oralara üztutacaq yerli və xarici turistlərin mənalı istirahəti üçündövlətimiz tərəfindən hər cür zəruri şərait yaradılır.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasındaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Bu dəfə Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - TürkDövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvəgörüşünə evsahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onugöstərir ki, Şuşa həm də Türk dünyasının mərkəzi rolunda çıxışedir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi məkanaçevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərininŞərqi Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammitiişğaldan azad edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalqsəviyyəli tədbir kimi tarixə düşdü. Bu Zirvə görüşü eləcə dəbeynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə Şuşanıtəhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türkdövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsiişğal dövründə apardığımız diplomatik mübarizədə, 44 günlük Vətənmüharibəsində bizə göstərdikləri mənəvi-siyasi dəstəyin davamı vəbugünkü Qələbə sevincimizi bölüşmələrinin təzahürüdür”, - AHİKsədri bildirib.
Onun sözlərinə görə, qardaş ölkələri birləşdirən TDT artıqdünyada real güc mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərətəsir imkanları isə günbəgün yüksəlir: “Təbii ki, bu prosesdədövlətimizin başçısı cənab İlham Əliyevin xidmətləri danılmazdır.Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları vəçağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri iləortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslananmünasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türkdünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyükönəm verir. Yeri gəlmişkən, xatırladım ki, 2009-cu il oktyabrın3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin ƏməkdaşlıqŞurasının yaradılmasında İlham Əliyev cənablarının ideya vətəşəbbüsü mühüm rol oynayıb. Eyni zamanda Prezidentimiz türkdillidövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətiningenişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələrverib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını vətəcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundanbaşqa, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olanərazilərimizi azad etməklə türk birliyinə mühüm töhfə verdi vətürkün gücünü bütün dünyaya nümayiş etdirdi. Təşkilatın 2021-ciildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlhamƏliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsidövlətimizin başçısının bu istiqamətdə fəaliyyətinə verilən ən aliqiymətdir”.
Səttar Möhbalıyev bildirib ki, Zirvə görüşündə çıxışı zamanıPrezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-ninəhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını,üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını vəmüasir infrastrukturunu qeyd etdi: “Bu, bir daha təsdiqləyir ki,bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləribirlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünyasiyasətinin mühüm tərəflərindən birinə çevrilir. Cənab İlham ƏliyevTDT-nin cari büdcəsinin və strukturunun hədəflərin reallaşdırılmasıüçün yetərli olmadığı səbəbindən Azərbaycanın Katibliyin hesabına 2milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü səsləndirdi. Hərbir məsələdə olduğu kimi, ölkəmiz burada da məsuliyyətli davranaraqtəşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə olunmasıüçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur.Təbii ki, indiki reallıqlar fonunda Şərq-Qərb nəqliyyat dəhliziningenişləndirilməsi üzv dövlətlərinin qarşısında duran vacibməqamlardandır və Azərbaycan bu istiqamətdə mühüm işlər görür. Beləki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücü 5 milyon tonaçatdırılıb, Xəzərdə 50-dən çox ticarət gəmisi ilə Azərbaycantranzit xidmətlərini həyata keçirir, həmçinin Ələt BeynəlxalqTicarət Limanının yükötürmə qabiliyyətinin 25 milyon tona qədərgenişləndirilməsi nəzərdə tutulub. Sözsüz ki, bütün bunlar Türkdövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarətdövriyyəsinin artmasına, həmrəyliyin möhkəmlənməsinə xidmətedir”.
AHİK sədri Səttar Möhbalıyev açıqlamasında iyulun 6-da Şuşadaimzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşününQarabağ Bəyannaməsi”nə də toxunub. Vurğulayıb ki, Bəyannamə mühümstrateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığımöhkəmləndirəcək, daha iddialı məqsədlərə çatmaq üçün birgəsəylərin artırılmasına və strateji əhəmiyyətli regional layihələrinhəyata keçirilməsinə gətirib çıxaracaq.
Səttar Möhbalıyev Türk dövlətlərinin həmkarlar ittifaqlarısəviyyəsində olan münasibətlərindən də bəhs edib: “Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın həmkarlarittifaqlarının rəhbərləri ötən ilin iyul ayında mədəniyyət paytaxtıŞuşa şəhərində toplaşaraq Türk Dövlətləri Həmkarlar İttifaqlarıTəşkilatının (TDHİT) yaradılması ilə bağlı müqavilə imzaladılar.Həmin ilin sentyabrında Səmərqənd şəhərində Təşkilatımızı təsisetdik. Noyabrda isə Ankarada TDHİT-nin Qurultayı oldu. Əminlikləsöyləmək olar ki, təşkilat ölkələrimizin həmkarlar ittifaqlarıarasında hərtərəfli əməkdaşlığı gücləndirir, əməkçilərin hüquq vəmənafelərinin birgə müdafiəsinə böyük töhfələr verir. Həmçinin bizbirlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsininyüksəldilməsinə çalışır, həmkarlar ittifaqı üzvlərininmənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayişetdiririk”.