Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.
Qeyd edək ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.
Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.
Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşib. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib. Tədris fransız dilində aparılıb.