RU

Ödəmə terminalını oğurlayıb qaçarkən qəzaya düşdülər (VİDEO)

Bakı. Trend:

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, qQabaqcadanəlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birininqapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləritədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər -1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü KamilƏliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar.

Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi iləhadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyatnişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayevisə marketi kənardan müşahidə edərək digərlərinə obyeketin bağlanmasaatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazinitərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindənonlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradanuzaqlaşıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkantədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
69
46
az.trend.az

10Источники