2022-ci ildə dünyada 5,78 milyon ton tütün istehsal edilib. Çin həmin il dünyada ən böyük tütün istehsalçısı olub. Tütünün digər əsas istehsalçıları Braziliya və Hindistandır.
İqtisadiyyat.az tütün sənayesi ilə bağlı dünya statistikasında araşdırma aparıb.
Araşdırmalara görə, siqaret satışı illərdir azalmaqda davam edir. Gənc istehlakçılar siqaretin təhlükələri barədə daha çox məlumatlıdırlar və getdikcə ondan uzaqlaşırlar.
Bəs 1990-cı ildən 2022-ci ilə qədər dünyada nə qədər tütün istehsal edilib?
İllər | İstehsal həcmi |
1990 | 7,1 milyon ton |
1995 | 6,2 milyon ton |
2000 | 6,7 milyon ton |
2005 | 6,7 milyon ton |
2010 | 6,9 milyon ton |
2011 | 7,4 milyon ton |
2012 | 7,5 milyon ton |
2013 | 7,6 milyon ton |
2014 | 7,2 milyon ton |
2015 | 6,8 milyon ton |
2016 | 6,2 milyon ton |
2017 | 6,2 milyon ton |
2018 | 6 milyon ton |
2019 | 6,4 milyon ton |
2020 | 5,8 milyon ton |
2021 | 5,8 milyon ton |
2022 | 5,7 milyon ton |
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan 97,1 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.
Gözəl Həşimova