Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti Türkiyə böyük sərmayə yatıracaq. Artıq sözügedən şirkətlə ölkənin Sənaye və Texnologiya Nazirliyi arasında müqavilə imzalanıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, müqaviləyə əsasən, BYD təxminən 1 milyard dollarlıq sərmayə ilə Türkiyədə illik 150 min elektrikli və akkumulyatorlu hibrid avtomobil istehsal gücü olacaq müəssisə quracaq.
Samir Musayev
MİA.AZ