RU

Qazaxıstanda pullu yollar çoxaldılacaq

Qazaxıstanda ilin sonuna kimi daha 2000 kilometrdən çox yol mərhələli şəkildə pullu olacaq.

“İki sahil” xəbər verir ki, bunu hökumətin iclasında nəqliyyat naziri Marat Karabayev deyib.

Nazir bu qərarı əsaslandırıb ki, təkcə dövlət yollarının saxlanması üçün hər il 80 milyard tenge tələb olunur: “Respublika əhəmiyyətli 25 min kilometr yolun saxlanması üçün 80 milyard tenge lazımdır. Ona görə də büdcəyə çox yük düşməmək üçün pullu yolların tətbiqi davam etdiriləcək. Bu gün pullu yolların ümumi uzunluğu 3200 kilometrdir. Ötən ilin nəticələrinə görə, bu yollardan 30 milyard təngə yığılıb”.

Nazir qeyd edib ki, bu vəsait cari təmirinə və avadanlıqların alınmasına sərf olunub: “Yenidən qurulan yolların standart səviyyədə saxlanılması üçün bu il ümumi uzunluğu 2000 km-dən çox olan 11 hissənin mərhələli şəkildə ödənişli edilməsi planlaşdırılır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
86
ikisahil.az

1Источники