RU

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb.

Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib.

O həmçinin bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb.

Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil: “Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub”.

Pavel Qerçinski onu da vurğulayıb ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Diplomat bunu iyunun 27-də Avropa İttifaqının liderlərinin çox aydın ifadə etdiklərini qeyd edib: “Oktyabrda bütün namizəd ölkələr üçün genişlənmə hesabatı dərc olunacaq və Aİ liderləri dekabrda növbəti addımlar barədə qərar qəbul edəcəklər. Lakin indiki vəziyyətdə Gürcüstanın bu il irəliləyəcəyini, növbəti mərhələyə keçəcəyini təsəvvür edə bilmirəm. Məhz ona görə ki, liderlər Gürcüstanın üzvlük prosesini dayandırmaq qərarına gəliblər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
48
banker.az

10Источники