RU

Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu (FOTO)

Bakı. Trend:

Üç il öncə işğaldan azad olunan ərazilərdə rekord müddətdəistifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, bu gün təkcənəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq vəinkişaf simvoludur. Bu hava limanı Zəfər Yolunun qapısı və Şuşaşəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

Füzuli aeroportu, qısa müddət ərzində bir çox hökumətbaşçılarını, dövlət və xarici beyin mərkəzlərinin yüzlərlənümayəndəsini qəbul etmişdir ki, bu da onun strateji əhəmiyyətinivə regionun gələcək inkişaf perspektivlərini vurğulayır.

Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanı, Şuşada keçirilən TürkDövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvəgörüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb.Onların sırasında 10-dan çox təyyarə növü var idi: Gulfstream V,Falcon 7X, Airbus 319, 320, Embraer 190, geniş gövdəli İL-96,Airbus 330, 340 və Boeing 787 kimi hava gəmilərinin Füzuliaeroportuna uğurlu enişi, onun müxtəlif tipli təyyarələri qəbuletmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalqstandartlara uyğunluğunu bir daha təsdiqləyir.

Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz vərahat şəkildə enib qalxmasına imkan verən 3000 metr uzunluğunda və60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanındaavtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətiniİdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildəuçuşların idarə olunmasını təmin edir.

Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal,saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Havalimanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar,mağazalar, restoranlar və digər zəruri məntəqələr mövcuddur ki, buda gələn sərnişinlərin və qonaqların rahatlığını təmin edir.

Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu,bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayannəqliyyat-logistika mərkəzə çevrilməkdədir. İyulun 17-dən etibarənAzərbaycanın milli aviadaşıyıcısı AZAL-ın Qarabağa müntəzəmreyslərinin başlanması ilə, bu regionun Azərbaycan və dünya ilədaha da sıx inteqrasiya edilməsi istiqamətində yeni bir mərhələbaşlanacaq. Bu həm də Qarabağın gələcək inkişafı və onun turizmpotensialının artırılması baxımından böyük əhəmiyyət kəsbedəcək.

Füzuli
Füzuli
Füzuli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
13
az.trend.az

10Источники