RU

Avropa İttifaqı Gürcüstanın inteqrasiyasını dayandırıb

Avropa İttifaqı Gürcüstanın inteqrasiyası prosesini dayandırıb. 

Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə keçirilən konfransda bildirib, xəbəri "Nastoyaşee vremya" yayıb. 

Bu, ölkədə genişmiqyaslı etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin "Xarici təsirin şəffaflığı haqqında" Qanunu qəbul etməsindən sonra baş verib. 

Herçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 mln. avro ayrılmasını dondurub. 

"Bu, yalnız ilk addımdır, digər addımlar da atılacaq. Gürcüstan hökumətinə yardım azaldılacaq və biz bu birbaşa yardımı vətəndaş cəmiyyətinə və kütləvi informasiya vasitələrinə yönəltməyə çalışacağıq", - deyə Herçinski bildirib. 

"Gürcüstana gəlincə, onun Aİ-nin növbəti böyük genişlənmə dalğasının bir hissəsi olub-olmayacağı hələ də bəlli deyil. Mən səmimi şəkildə ümid edirəm ki, belə də olacaq və oktyabr seçkilərindən sonra biz işimizi bərpa edəcəyik və Gürcüstanın Aİ-nin gələcək genişlənməsinin bir hissəsi olmasına nail ola biləcəyik", - deyə Aİ-nin Gürcüstandakı səfiri qeyd edib.
Избранный
73
2
arqument.az

3Источники