RU

Zirvə görüşündə müzakirə edilən məsələlər böyük önəm daşıyır- ÖZƏL

"Hazırkı dövrün əsas çağırışlarından biri təbii ki, türk dünyasının birliyinin, həmrəyliyinin güşləndirilməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasıdır. Zirvə görüşündə də türk dövlətlərinin liderləri bu reallığı qeyd etdilər ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub".

"Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib:

"Qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, Zirvə  görüşünün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, imzalanan Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
olaylar.az

1Источники