Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçını keçirib.
“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci Bundesliqa təmsilçisindən Yannis Heuer (23), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqlənib. Ağdam klubundan 70-ci dəqiqədə Emin Cəfərquliyev rəqib qapısına yol tapıb. 44-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
"Köhlən atlar" günün ikinci görüşündə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.
"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.