Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinə yeni "Sollers ST8" adlı yerli pikap təqdim edilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, maşın Yekaterinburq şəhərində keçirilən "İnnoprom" adlı sərgidə təqdim edilib.
Avtomobilin bu seriyasının istehsalının başlanması 2025-ci ilin birinci rübündə nəzərdə tutulub.
Maşının bəzi hissələri UAZ sənaye parkının (Ulyanovsk) ərazisində istehsal olunacaq.
Mişustin "Onlar vəd etdiklərini etdilər"- deyeərək maşına baxış keçirib.
Sollers - UAZ-ın yolüstü və yüngül kommersiya avtomobilləri və ZMZ-nin benzin mühərrikləri istehsal olunan istehsal sahələrinə sahib olan avtomobil şirkətidir.
Həmçinin şirkət Tatarıstanda "Sollers Alabuga" zavoduna sahibdir.