RU

Fazil Mustafa qərarını verdi: Bu dairədən namizəd olacaq

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər. 

Lent.az-a açıqlama verən Fazil Mustafa 26 sayılı 1-ci Sabunçu seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib: 

"26 sayılı 1-ci Sabunçu seçki dairəsindən namizədliyimi vermişəm. İmza vərəqələrini götürmüşük. Bunun üzərində iş gedir. Seçicilərlə birbaşa təmasda, imzaların toplanma kampaniyasına başlayacağıq". 

Onun sözlərinə görə, rəhbəri olduğu partiyadan 20 nəfərin namizədliyi müəyyən edilib: 

"Tədricən dairə kommissiyalarına müraciət edirlər. Hələ ki, sistemləşdirməmişik. Amma bu say artacaqdır. Bir az çətinlik ərazisi işğaldan azad olunmuş dairələrlə bağlıdır. Hələ orda rayon təşkilatları formalaşdıra bilməmişik. Lakin digər rayonlarda belə bir problem yoxdur". 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
2
yenisabah.az

3Источники