RU

Bakı və İrəvan müqavilədən bu məsələləri çıxardı

Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması ehtimalı 50/50-yədir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Karnegi Fondunun eksperti Tomas De Vaal deyib.

“Məncə digər problem odur ki, əgər biz sülh müqaviləsindən bəhs ediriksə, orada bəzi şeylər olmayacaq. Məsələn, hazırda mən başa düşdüyüm qədər ilə sülh müqaviləsində Naxçıvana keçid marşrutu ilə bağlı heç nə yoxdur. Böyük ehtimalla da olmayacaq. Ona görə də bu hələ həll edilməsi gərəkən çox çətin problemdir. Üstəlik, çoxlu humanitar məsələlər var ki, onların da həll edilib-edilməyəcəyi bilinmir” – deyə o bildirib.

De Vaal deyir ki, yaxın gələcəkdə tərəflərin hər şeyi əhatə edəcək müqavilə imzalayacağına inanmır:

“Belə sənədlər həddən artıq əhatəli olur və adətən onların üzərində çox uzun müddət işçi qrupları işləyir. İndi aydındır ki, Azərbaycanla Ermənistan arasında toplanıb qalmış çoxlu tarixi məsələlər var. Onları isə sürətli həll etmək çətindir. Ona görə də müqavilə imzalanarsa, bu, ümumi prinsipləri olan çərçivə razılaşması olacaq”.

De Vaal onu da bildirib ki, razılığın əldə olunmasından sonra belə Azərbaycan və Ermənistan hər biri bunu fərqli şəkildə şərh etməyə çalışa bilərlər:

“Məhz buna görə, erməni tərəfinə beynəlxalq iştirak çox vacibdir. Bu məsələn, sülh prosesini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnaməsi belə ola bilər. Üstəlik, burada Qərbin açıq maraqları var. Digər sual o olacaq ki, Rusiyanın maraqları nədir? Ona görə də indi ümumi kontekst çox yaxşı deyil. Amma digər tərəfdən nə Azərbaycan, nə də Ermənistanın yeni böyük konflikt istədiyini düşünmürəm. Məncə, ən yaxşı xəbər heç kimin müharibədə maraqlı olmamasıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
50
axar.az

10Источники