RU

  “Porsche”nin satışları bu səbəbdən azalıb 

Alman avtomobil istehsalçısı “Volkswagen Group”un markası “Porsche”, ilin birinci yarısında keçən illə müqayisədə 7 faiz az satış edib.

Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı şirkətdən rəsmi açıqlama verilib.

Açıqlamaya görə, satışların azalmasına səbəb Çində bu avtomobillərə tələbatın azalması olub.

Bunun əsas səbəbləri Çin bazarında davam edən gərgin iqtisadi vəziyyət və dəyər yönümlü satışlara diqqətin yönəldilməsi kimi dəyərləndirilib.

Qeyd edək ki, Alman istehsalçısının Çinə tədarükləri onun qlobal satışlarının təxminən 20 faizini təşkil edir.

Aysu İbrahimova  

Избранный
91
1
referans.az

7Источники