RU

Paşinyan Pezeşkiana zəng etdi, İrəvana dəvət etmədi…

Ermənistan Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının yeni seçilmiş Prezidenti, azərbaycanlı Məsud Pezeşkianla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin ofisi məlumat yayıb.

Paşinyan İran prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona bu vəzifədə səmərəli fəaliyyət arzulayıb. Həmsöhbətlər əvvəllər dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiq ediblər.

Telefon danışığı ilə bağlı yayılan məlumatda Paşinyanın Pezeşkianı İrəvana səfərə dəvət etməsi ilə bağlı heç nə deyilmir. Sadəcə, “tərəflər imkan daxilində görüşmək barədə razılığa gəliblər” ifadəsindən istifadə olunub.

Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyev Pezeşkiana zəng etmiş və onu Azərbaycana səfərə dəvət etmişdi.

Избранный
136
5
axar.az

7Источники