“Bloomberg”in jurnalisti Cennifer Ceykobs öz mənbələrinə istinadən iddia edir ki, Kiyev hakimiyyəti Ukraynadakı münaqişənin həlli ilə bağlı konfrans keçirmək və ora Rusiya nümayəndələrini dəvət etmək istəyir.
APA xəbər verir ki, jurnalist həmçinin Ukraynanın bu görüşü noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl keçirmək istədiyini yazıb.
“Kiyev Ukraynada ədalətli sülhün nizamlanmasına nail olmaq üçün noyabrda ABŞ-da keçiriləcək seçkilərdən əvvəl, həmçinin bu dəfə Rusiyanın iştirakı ilə ikinci görüş keçirmək istəyir”, - deyə jurnalist öz “X” hesabında yazıb.