Şirvan rayonunda yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
"Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kür çayının sahilində yabanı halda bitən 475 ədəd çətənə kolu çıxarılıb və yandırılaraq məhv edilib", – məlumatda qeyd olunub.