RU

Putin və Zelenskini sülhə məcbur edəcək yalnız bir şəxs var

Macarıstan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışını Ukraynada "sülh şansı" kimi qiymətləndirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri NATO sammitində iştirak üçün Vaşinqtonda olan Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, ölkəsinin məqsədi Rusiya və Ukraynanın iştirak etdiyi sülh danışıqları vasitəsilə müharibəyə son qoymaqdır:

"Düşünürəm ki, onları hətta danışıqlara məcbur etmək üçün çox güclü xarici təzyiq olmalıdır. Qarşıdakı dövrdə kimin bunu etmək şansı var? Yalnız Trampın - əgər prezident seçilərsə".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
milli.az

1Источники