RU

Macarıstan Orbanın Rusiya səfərinə görə Aİ sədrliyindən məhrum edilə bilər

Aİ rəsmiləri Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərindən və Vladimir Putinlə görüşdən sonra Macarıstanın Aİ Şurasının sədri vəzifəsindən məhrum edilməsi imkanını müzakirə edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən yazır.

FT-nin həmsöhbətləri bildiriblər ki, Orbanın Moskvaya səfəri səbəbindən bir çox Aİ üzv dövlətləri, ölkənin Avropa İttifaqı Şurasına sədrliyi dövründə Macarıstanda keçiriləcək ənənəvi qeyri-rəsmi nazir görüşlərini boykot etmək və Macarıstan Baş nazirinin "manevr azadlığını" məhdudlaşdırmaq barədə düşünürlər. 

Avropa İttifaqının Hüquq Xidməti öz növbəsində hesab edir ki, Orbanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü Aİ ölkələrinin bağladığı razılaşmalara ziddir. Hüquqşünasların fikrincə, Orban Aİ-nin "məqsədlərinə çatmaq üçün təhlükə yarada biləcək” hər hansı hərəkəti qadağan edən ittifaq müqavilələrini pozub. O, həmçinin "təşkilatın bütün üzvlərini xarici siyasət fəaliyyətini müstəsna olaraq sədaqət və qarşılıqlı həmrəylik ruhunda həyata keçirməyə çağıran hüquqi müddəanı” pozub.

"Moskvaya səfəri siyasi səhv idi. On il ərzində mən Aİ-nin digər 26 üzv ölkəsindən bir dövlətin hərəkətinə belə sərt reaksiya görməmişdim. <…> Macarıstan sarı vərəqə ala bilər. Bu cür iş yolverilməzdir”, - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Financial Times”a bildirib.
Xatırladaq ki, iyul ayında Orban "sülh missiyası” elan edib və növbə ilə Kiyev, Moskva və Pekinə səfər edib, orada Volodimir Zelenski, Putin və Si Szinpinlə görüşlər keçirib. Orban Zelenski və Putinə atəşkəs barədə düşünməyi təklif edib.
Danışıqlardan sonra Macarıstanın baş naziri bildirib ki, Moskva və Kiyevin mövqeləri bir-birindən çox uzaqdır və müharibənin bitməsinə yaxınlaşmaq üçün "çoxlu addımlar atılmalıdır”. Eyni zamanda, Orban Çini Ukraynada "sülhün bərqərar olmasına şərait yaratmaqda” əsas ölkə adlandırıb.

Eyni zamanda, Orban Aİ liderlərinə bildirib ki, Putin və Si Szinpin Ukrayna üzrə sülh danışıqlarının bu ilin sonuna qədər başlayacağını gözləyirlər. Bununla bağlı o, Avropa ölkələrini ABŞ-da prezident seçkilərini gözləmədən öz sülh təşəbbüsünü irəli sürməyə çağırıb.
Aİ Orbanın Moskvaya səfərini tənqid edərək, onun ittifaq adından Putinlə danışıqlar aparmaq mandatının olmadığını qeyd edib.

Nizami Bağırov
Избранный
192
19
qaynarinfo.az

10Источники