RU

KriminalMəşhur marketlər şəbəkəsinin sahibini öldürmək istəyənə hökm oxundu

SİZİN REKLAM BURADA!055 213 76 73

"Ballı" Marketlər Şəbəkəsinin sahibini öldürməyi planlaşdırmaqda ittiham edilən Tahir Hüseynovun məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.

İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan aşaraq evin həyətinə daxil olub, burada gizlənərək cinayəti reallaşdırmaq üçün gözləsə də, təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.

T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci (quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluğa hazırlıq) və digər maddələrlə yekun ittiham elan edilib.

Far.Az

Избранный
45
14
far.az

10Источники