RU

Azərbaycandan keçən dəhlizlərdə daşınan yüklərin həcmi açıqlandı



Bu ilin yanvar-may aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 13648,4 min ton olub.

Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, yüklərin 6 227,4 min tonu və ya 45,6 faizi dəmir yolu nəqliyyatı, 4 245,2 min tonu və ya 31,1%-i avtomobil nəqliyyatı, 3 175,8 min tonu və ya 23,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhlizlər vasitəsilə daşınmış yüklərin 59,5%-i və ya 8 124,3 min tonunu tranzit yüklər təşkil edib.

aia.az



Избранный
142
9
aia.az

10Источники