RU

Əli Kərimli cəbhəçilərin seçki hüququnu pozur ANALİZ

Ədliyyə Nazirliyi "Yurd" şefinin təkbaşına "boykot" qərarı verməklə cəbhəçilərin seçim hüququna qarşı çıxmasına münasibət bildirməlidir

Hər bir seçki dövlətin və xalqın həyatında xüsusi önəm daşıdığı kimi siyasi partiyaların, ictimai birliklərin, qrupların fəaliyyətində də əhəmiyyətli rol oynayır. O məna da ki, siyasi, ictimai təşkilatlar diqqətçəkən ideya və təklifləri ilə geniş ictimaiyyətin rəğbətini qazanmaq şansını əldə edə bilir. Hətta seçici səsi hesabına mövqe sahibi olmaq imkanını da qazanırlar. Bəzən seçkilərdə uduzub siyasi fəaliyyətini dayandırmaq məcburiyyətində qalan partiyalar da olur. İkinci ilə daha çox dağıdıcı müxalifətin üzləşdiyini demək olar. Düzdür, dağıdıcı müxalifət seçki məğlubiyyəti ilə üzləşsə də, həyasızlıq və abırsızlıq edib, siyasi fəaliyyətlərini dayandırmırlar. Yenə də heç nə baş verməmiş kimi davranış göstərir və öz amplualarına uyğun fəaliyyətlərini davam etdirirlər. Lakin ictimaiyyətə bir daha aydın olur ki, dağıdıcı müxalifət cəmiyyət üçün yararsız toplumdan başqa bir şey deyil. Səhvlərindən, yanlış siyasətlərindən nəticə çıxarmamaları isə onu təsdiq edir ki, dağıdıcı müxalifət küçə psixologiyasından xilas olmaq gücünə və imkanına malik deyil. Çünki bunun üçün potensial lazımdır, siyasi bilik və bacarıq olmalıdır, bütün bunlar isə dağıdıcı ünsürlərdə mövcud deyil. Bunu özləri də anlayırlar. Ona görə də fəaliyyətlərinə dəyişiklik etməyə cəhd etmirlər. Onların işi-gücü ancaq qrant almağa yönəlib ki, ona da nail olurlar. Hər il müxtəlif məbləğlərdə fərqli maliyyə dairələrindən qarantlar alırlar. Məhz bu səbəbdən də Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd olan siyasət aparır, təxribatlar törətməyə çalışır, şər və böhtan xarakterli açıqlamalar verirlər. İndiki vəziyyətdə, yəni sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin onlar üçün növbəti qrant layihəsi ola biləcəyi üçün hazırlıqlara başlayıblar.

Əli Kərimli cəbhəçiləri təhqir edir

Müzakirələr aparmadan, diskussiyalar təşkil etmədən AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli 1 sentyabr parlament seçkilərini "boykot" edəcəkləri barədə açıqlama ilə çıxış ediblər. Halbuki Milli Şuranın əksər üzvləri, o cümlədən sağlam düşüncəyə malik cəbhəçilər seçkilərdə iştirak etməyin tərəfdarı olduqlarını bildiriblər. Gültəkin Hacıbəyli, Seymur Həzi, Ayaz Məhərrəmli, Məmməd İbrahim və digərləri parlament seçkilərində iştirak etmək üçün əvvəlcədən hazırlıqlara başlamışdılar. Hətta sözügedən şəxslər namizədliklərini irəli sürəcəkləri dairələri də müəyyənləşdirdiklərini bəyan etmişdilər. Lakin Əli Kərimlinin tək iradəsi ilə idarə olunan AXCP-nin, eləcə də Milli Şuranın iddialı şəxslərinin arzuları alt-üst edildi. Bu baxımdandır ki, Gültəkin Hacıbəyli, Seymur Həzi, Ayaz Məhərrəmli, Məmməd İbrahim və digərləri Əli Kərimlinin parlament seçkilərinin "boykot" qərarına qoşulmadıqlarını susmaları ilə nümayiş etdirirlər. Yəni, Əli Kərimli, Cəmil Həsənli və xaricdəki antimilli ünsürlər seçkilərlə bağlı qarayaxma kampaniyası aparsalar da, narazılar hadisələri sakit formada seyr etməklə məşğuldurlar. Danışdıqları və ya sosial şəbəkələrdə paylaşmalar etdikləri zaman seçkinin fəal iştirakçısı olmağın tərəfdarı kimi çıxış edirlər. AXCP-nin sədr müavini, bir qədər əvvəl Şirvan şəhərində evə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd etmiş Ayaz Məhərrəmli sosial şəbəkə hesabında yazır: "Biz seçkidən yanayıq. Biz seçkilərdə iştirak etmək istəyirik". Gültəkin Hacıbəyli də "boykot" qərarının effektli olmayacağını bildirib: "Biz seçkini boykot etmirik". Digər seçkidə namizəd olaraq iştirak etmək və ya kiminsə namizədliyini dəstəkləməyi düşünmüş şəxslər də "boykot" qərarının yanlış olduğunu qeyd edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, seçkidə iştirakla bağlı Əli Kərimli ilə partiyanın kollegial orqanlarının üzvləri arasında dərin uçurum yaranıb. Bu uçurumun böyük çatlara və sonda qopmalara gətirib çıxaracağı şübhəsizdir. Çünki çoxluq Ə.Kərimlinin qulu, ən pis halda köləsi olmaq niyyətində deyillər. Başa düşürlər ki, hər bir ölkə vətəndaşının seçkilərdə iştirak etmək hüquqi var. Bu hüququ onların əlindən heç kim ala bilməz. Əgər Ə.Kərimli kiminsə, nəyinsə qarşılığında seçkiləri "boykot" qərarı verirsə, bu, artıq Konstitusiyanın müddəalarının kobud şəkildə pozulmasıdır. Belə demək olar ki, Ə.Kərimli tərəfindən cəbhəçilərin təhqir olunmasıdır.

Ədliyyə Nazirliyi AXCP-yə qarşı təsirli tədbirlər görməlidir

Söz yox ki, "siyasi partiyalar haqqında qanun"a və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına görə Ə.Kərimli seçkilərlə bağlı təkbaşına qərar verə bilməz. Bu, kobud qanun pozuntusudur. Ədliyyə Nazirliyi sıravi cəbhəçilərin də hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görməlidir. Ən azı Əli Kərimliyə xəbərdarlıq olunmalı, seçkidə iştirak etmək tərəfdarı olan sıravi cəbhəçilərlə, həmçinin partiyanın kollegial orqanlarında təmsil olunan şəxslərlə görüş keçirilməli, onların fikir və rəyləri dinlənilməlidir. Əks halda sıravi partiya üzvləri üçün ağır, üzücü depressiv vəziyyət yarada bilər. İnsanlar özlərini taleyin ümidinə buraxılmış şəxslər hesab edərlər. Digər tərəfdən Ə.Kərimlinin özbaşınalığına, təkbaşına qərarlar verməsi gələcəkdə başqa partiyalarda da president yarada bilər ki, bu da azad, demokratik ölkəmiz üçün heç də arzuolunan hal deyil. Nəzərə almaq lazımdır ki, AXCP-də bütün qərarlar ancaq bir nəfərin-Əli Kərimlinin iradəsi əsasında qəbul edilir. Kimsə bu rüsvayçı qərara etiraz etsə, onun aqibəti Aydın Əliyev, Sahib Kərimli və digər cəsarət nümunəsi göstərdikləri üçün partiyadan xaric edilən şəxslər kimi ola bilər. Ona görə də, seçkidə iştirak etmək tərəfdarı olan, lakin Ə.Kərimlinin diktatura idarəetməsinə görə sərt formada səsini qaldıra bilməyənlər susmağa üstünlük verirlər. Ədliyyə Nazirliyinin isə susmağa və prosesləri kənardan izləməyə haqqı yoxdur. Çünki siyasi partiyalarla bağlı müəyyən dövlət siyasətini həyata keçirən bu qurum bəzi hallarda siyasi partiya üzvlərinin yanında olmalıdır. İmkan verilməməlidir ki, daha çox qrant almaq və qarşılığında xarici məkrli dairələrin sifarişlərini yerinə yetirən Ə.Kərimli sıravi partiya üzvlərini özünün pozucu niyyətinə alət etsin.

İLHAM ƏLİYEV

Избранный
114
11
sia.az

10Источники