İyulun 13-14-də Qərbi Konqo Demokratik Respublikasında Mobondo qruplaşmasının üzvlərinin ordu düşərgəsinə hücumu zamanı həlak olanların sayı 72-yə yüksəlib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, həlak olanlardan 9-u hərbçidir.
Ölənlərin meyitlərinin axtarışları davam etdirilir.
Konqoda ordu son 7 gündə iki dəfə Mobondo qüvvələrini məğlub edə bilib.
Yak xalqından olan Mobondo silahlıları Mai-Ndombe əyalətinin Kvamut bölgəsində kəndlərdən birini mühafizə edən hərbi mövqelərə hücum edib. Ordu düşərgəsinə hücum Yak və Teke xalqları arasında artan icmalararası münaqişənin bir hissəsi olaraq baş verib. İki il ərzində toqquşmalarda hər iki tərəfdən yüzlərlə insan həlak olub.