Qəzza zolağında doqquz aylıq əməliyyatlar zamanı HƏMAS-ın 14 minə yaxın tərəfdarı ölüb.
Ednews xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti (IDF) bildirib.
İsrail ordusunun quru, hərbi hava və hərbi dəniz qüvvələri 263 gündür müharibəni davam etdirir. Bu günə qədər HƏMAS-ın 6 briqada, 20-dən çox batalyon və 150-yə yaxın rota komandiri zərərsizləşdirilib.
Həmçinin qeyd edilir ki, İsrail hərbçiləri bu günə qədər Qəzza zolağı daxilində təxminən 37 min hədəfə və 25 mindən çox infrastruktur obyekti və buraxılış qurğusuna havadan hücum edib.