“Ermənistan parlamentində mükafatlar paylanmağa başlayıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.
“Rəsmi mənbələrə görə, Ermənistan parlamentinin dövlət qulluqçuları bu ay ikinci dəfə bonuslar alıblar. Əvvəlcə parlamentin sədri Alen Simonyan Konstitusiya Günü münasibətilə deputatlara və aparat işçilərinə birdəfəlik mükafatlar ayırıb.
İndi isə məzuniyyətdə Simonyanı əvəz edən vitse-spiker Ruben Rubinyan birdəfəlik mükafatlar paylayıb. Bu yay aylarında, üstəlik iclasların keçirilmədiyi bir vaxtda parlamentdə bu qədər mükafatların verilməsi əcaib görünür”,-deyə xəbərdə bildirilir.
Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта