RU

YAP-ın ilk dəfə irəli sürdüyü deputatlığa namizədlər - ADLAR

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin siyahısını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, açıqlanan siyahıda bir çox yeni namizədlər var. 

Apardığımız araşdırmaya əsasən, ilk dəfə YAP-ın siyahısında deputatlığa namizəd olan şəxslərin bəzilərinin adlarını təqdim edirik.

Babayev Asiman Əli oğlu, Qarayev Əhliman Paşa oğlu, Mirzəyeva Həcər Niyazi qızı, Maniyeva Aygün Şaitdin qızı, Əliyev Cəlahir Mirzəbala oğlu, Məhərrəmzadə Əlibala Səttar oğlu YAP-ın ilk dəfə deputatlığa namizədləri siyahısındadır.

Qeyd edək ki, Babayev Asiman Əli oğlu 3 saylı Babək - Şahbuz - Kəngərli seçki dairəsindən;

Qarayev Əhliman Paşa oğlu 7 saylı Səbail seçki dairəsindən;

Mirzəyeva Həcər Niyazi qızı 8 saylı Binəqədi birinci seçki dairəsindən;

Maniyeva Aygün Şaitdin qızı 12 saylı Xəzər birinci seçki dairəsindən;

Əliyev Cəlahir Mirzəbala oğlu 13 saylı Xəzər ikinci  seçki dairəsindən;

Məhərrəmzadə Əlibala Səttar oğlu isə 59 saylı Quba seçki dairəsindən öz namizədliyini irəli sürəcək. 

Nuranə Daxilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
35
bizim.media

10Источники