RU

Böyük Britaniyada Paşinyan və Makron arasında görüş keçirilib

Ermənistanın Baş naziri Nikol Paşinyan Blenheim sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.   

Qeyd edilib ki, həmsöhbətlər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıqla bağlı gündəlikdəki məsələləri müzakirə ediblər.

Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunulub. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb. Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Избранный
109
23
iqtisadiyyat.az

10Источники