Fransada 17-ci çağırış Milli Assambleyada qanunverici orqanının deputatları sədr seçiblər.
"Kanal14.az" xəbər verir ki, iyulun 7-də növbədənkənar parlament seçkilərində seçilmiş deputatlar ilk dəfə iyulun 18-də mümkün hökumət koalisiyasının yarana biləcəyi, parçalanmış Milli Assambleyanın sədrinin seçilməsi üçün toplaşıblar.
Milli Assambleyanın sabiq sədri, Makronçu Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Assambleyaya sədr seçkiləri 3 turda keçirilib. Seçkilərin birinci turunda kommunist Andre Şassen (André Chassaigne) 200 səslə birinci olub. ifrat sağçı Sebastien Çenu (142 səs) və Assambleyanın sabiq sədri Yael Braun-Pivet (124 səs) 2-ci və 3-cü yerləri bölüşüblər.
İkinci turda Assambeyanın sabiq sədri, Makronçu Yael Braun-Pivet 210 səslə birinci olub. Nəhayət üçüncü turda Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Ancaq Baş nazir vəzifəsinə namizəd irəli sürmək üçün müzakirələr hələ davam edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта