AZ

Makronun müttəfiqi Fransa parlamentinin sədri seçildi

 
Fransada 17-ci çağırış Milli Assambleyada qanunverici orqanının deputatları sədr seçiblər.
"Kanal14.az" xəbər verir ki, iyulun 7-də növbədənkənar parlament seçkilərində seçilmiş deputatlar ilk dəfə iyulun 18-də mümkün hökumət koalisiyasının yarana biləcəyi, parçalanmış Milli Assambleyanın sədrinin seçilməsi üçün toplaşıblar.

Milli Assambleyanın sabiq sədri, Makronçu Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Assambleyaya sədr seçkiləri 3 turda keçirilib. Seçkilərin birinci turunda kommunist Andre Şassen (André Chassaigne) 200 səslə birinci olub. ifrat sağçı Sebastien Çenu (142 səs) və Assambleyanın sabiq sədri Yael Braun-Pivet (124 səs) 2-ci və 3-cü yerləri bölüşüblər.
İkinci turda Assambeyanın sabiq sədri, Makronçu Yael Braun-Pivet 210 səslə birinci olub. Nəhayət üçüncü turda Yael Braun-Pivet 220 səslə Fransa Milli Assambleyasının yeni sədri seçilib.
Ancaq Baş nazir vəzifəsinə namizəd irəli sürmək üçün müzakirələr hələ davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
kanal14.az

10Mənbələr