RU

ABŞ Baydenin yerinə namizəd hazırlayır

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin qərargahının keçmiş üzvləri onu Demokratlar Partiyasının namizədi kimi irəli sürmək üçün gizli şəkildə “qeyri-rəsmi kampaniya”ya başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Agentlikdən bildirilib ki, kampaniya Harrisin özü və ya komandası tərəfindən deyil, onun keçmiş heyətinin üzvləri tərəfindən başladılıb. Onlar demokratları Kamala Harrisin seçkilərdə Co Baydeni əvəz edə biləcək ən yaxşı namizədin olduğuna inandırmağa çalışırlar.

Qeyd edilir ki, qısa müddətdə “gizli kampaniya” keçirmək vitse-prezidentin tərəfdaşlarının işini çətinləşdirir. Həmçinin demokratlar Harrisin prezident seçkiləri zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampı məğlub edə biləcəyinə şübhə edirlər.

Daha öncə ABŞ Prezidenti Cozef Bayden Kamala Harrisin onu əvəzləyəcəyi təqdirdə seçkidə qalib gəlmək şansını öyrənmək üçün amerikalılar arasında sorğu keçirməyi tapşırıb.


Müəllif: Arzu
Избранный
168
50
teleqraf.com

10Источники