RU

Cənubi Koreya KXDR ilə sərhəddə səsgücləndiricilərlə təbliğat aparır

Cənubi Koreya ordusu bazar günü Şimali Koreya ilə sərhəddə səsucaldanlar vasitəsilə K-pop mahnıları və xəbərləri səsləndirib.

“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, bu addım Şimali Koreyanın dəfələrlə zibil balonları atmasına cavab olaraq psixoloji kampaniyasını gücləndirilməsi çərçivəsində atılıb.

Cənubi Koreya ordusunun Birləşmiş Qərargah Rəisləri (JCS) jurnalistlərə açıqlamasında bildirib ki, yerli vaxtla saat 13:00-dan etibarən bütün cəbhələrdə səsgücləndirici verilişləri tam miqyasda həyata keçiriləcək.

Təbliğat yayımları adətən xəbərlərdən, sərhədə yaxın olan Şimali Koreya əsgərlərini Cənubi Koreyaya qaçmağa çağıran mesajlardan, həmçinin K-pop mahnılarından, o cümlədən qlobal K-pop sensasiyası olan BTS-in meqahit sinqlları “Dynamite” və “Butter”dan ibarətdir.

Bildirilib ki, Şimali Koreyadan qaçanların Cənubi Koreyadan göndərdiyi anti-Pxenyan vərəqələrinə cavab olaraq KXDR tərəfindən Cənuba 9 dəfəyə 2000-dən çox zibil dolu şar göndərib, o cümlədən bazar günü 360 belə şar atılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
186
45
ikisahil.az

10Источники