"Kaspersky Lab" mütəxəssisləri “WhatsApp” messencerində casus proqramlar olan təhlükəli modifikasiya aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Ekspertlərin fikrincə, zərərli casus proqram "Telegram" kanallarında ərəb və Azərbaycan dillərində yayılır. Bununla belə, Rusiyadan olan istifadəçilər də yoluxma cəhdləri ilə qarşılaşıblar. Şirkət əlavə edib ki,
"Android" əməliyyat sistemi olan qurğular risk altındadır.