RU

Dünyanın ən yaxşı turizm kəndi qəsəbə olmaq istəyir

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Turizm Təşkilatı tərəfindən 2021-ci ildə Dünyanın Ən Yaxşı Turizm Kəndi seçilən Türkiyənin Mustafapaşa kəndi bu günlərdə məhkəmənin qərarını gözləyir. Yenidən qəsəbə olmaq üçün qanuni mübarizəyə başladıqlarını ifadə edən kəndin muxtarı Gültəkin Kan, qanuni mübarizələrini davam etdirdiklərini bildirib.

Hafta.az-ın yazdığına görə, Kan deyib: “30 mart 2014-cü il tarixində Mustafapaşanın əhalisinin sayı 2 mindən aşağı olduğu üçün kənd olaraq qaldı. Halbuki seçki vaxtı əhalimiz 2 mindən çox idi. Ona görə də ən qısa zamanda sevindirici xəbərlərimiz olacaq”.

Mustafapaşanın, Türkiyənin universitet fəaliyyət göstərən yeganə kəndi olduğuna diqqət çəkən Kan, “Buranın muxtarla işləmək potensialı yoxdur. Bizim 55-ə yaxın lisenziyalı otelimiz, üstəlik layihəli və tikilməkdə olan daha 25 otelimiz var. Biz lazımi xidməti Vilayət Xüsusi İdarəsindən alırıq. Ancaq xidmət kifayət deyil. Bələdiyyə olmaq ayrı bir güc deməkdir” deyib.

2 dekabr 2021-ci ildə Mustafapaşanın "dünyanın ən yaxşı turizm kəndi" seçildiyini deyən muxtar Gültəkin Kan, "Dünyanın ən yaxşı turizm kəndi ünvanına sahibik. Bu titulu qazandıqdan sonra turizm investisiyaları da artıb” deyib.

Избранный
92
hafta.az

1Источники