RU

PAŞA Kapital növbəti beynəlxalq uğura imza atıb

Bakı. Trend:

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ABŞ-nin nüfuzlu “WorldEconomic Magazine” jurnalı tərəfindən “Best Investment CompanyAzerbaijan 2024” mükafatına layiq görülmüşdür.

“World Economic Magazine” — ABŞ-də yaradılmış, maliyyəpeşəkarları və sahibkarlar üçün müasir iqtisadiyyatın analizini vəmaliyyə sahəsində innovativ biznes təcrübəsini paylaşan dərgidir.Jurnalın hər il təşkil etdiyi beynəlxalq mükafatlandırmada isəmüxtəlif sektordan fəaliyyət göstərdiyi ölkənin inkişafına töhfəverən və lider mövqeyində irəliləyən şirkətlər müvafiqnominasiyalar üzrə qalib seçilir.

2024-cü ilin yanvar ayının nəticələrinə əsasən 2 milyard 604milyon manatdan artıq dövriyyə həcmi və 60% bazar payı ilə ölkəninən iri investisiya şirkəti olan PAŞA Kapital qazandığı mükafatıbazardakı güclü mövqeyi, yüksək dövriyyəsi, yerli kapital bazarınıninkişafına verdiyi töhfələr sayəsində əldə edib.

Xatırladaq ki, PAŞA Kapital nüfuzlu qurumlar tərəfindəndəfələrlə beynəlxalq mükafatlarla təltif edilib. Belə ki, PAŞAKapital “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin Ən Yaxşıİnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisitərəfindən “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”,həmçinin 2023-cü ildə “Best Fixed Income Bonds – Azerbaijan 2023”,şirkətin Baş İcraçı Direktoru Ceyhun Hacıyev isə “Best Emerging CEO- Mr. Jeyhun Hajiyev – Investments – Azerbaijan 2023”kateqoriyasında təltif edilib.

PAŞA Kapital şirkətinin fəaliyyəti haqqında daha ətraflıməlumatla https://www.pashacapital.az/rəsmi saytına daxil olaraq tanış ola bilərsiniz.

Məqalədə:
Избранный
133
3
az.trend.az

10Источники