Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.
Bakuinfo.net xəbər verir ki, Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" qanunda edilən dəyişikliyi təsdiqləyib.
Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) edilən dəyişikliklərə görə, bədən tərbiyəsi və idman sahəsində böyük xidmətlər göstərən və yüksək nailiyyətlər əldə edən Azərbaycan vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.