RU

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzindən Vətəninfo.az-a verilən xəbərə görə, 28 iyun – 18 iyul tarixlərində ali təhsil səviyyəsi üzrə Musiqi sənəti istiqamətinə aid ixtisas fənnindən qabiliyyət imtahanları keçirilib. İmtahanlarda iştirak etmək üçün instrumental ifaçılıq (alətlər üzrə), vokal sənəti (sahələr üzrə), musiqişünaslıq, dirijorluq, bəstəkarlıq, populyar musiqi və caz ifaçılığı (sahələr üzrə), musiqi müəllimliyi (alətlər üzrə) ixtisasları üzrə 2407 abituriyent qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 28 iyul 2024-cü il tarixində ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək.

Test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil ediləcək.

İxtisaslar üzrə nəzəriyyə fənlərindən keçiriləcək test imtahanında iştirak edən abituriyentlərin ümumi statistikası ilə buradan tanış olmaq mümkündür. İxtisas imtahanlarında uğur qazanan 1133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənnləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulub.

İxtisaslar üzrə nəzəriyyə fənlərinin uyğunluğu və keçid balları burada təqdim edilib.

İmtahan müddəti harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə isə 1 saatdır. Hər iki fənn üzrə imtahanda iştirak edən abituriyentlərə 2 saat 30 dəqiqə vaxt veriləcək.

Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (imla, akkord, lad, məqam, interval). Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir. Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur. Aşağıdakı cədvəldə test imtahanında doğru cavabların sayına görə qiymətləndirmə şkalası verilib (10 ballıq şkala üzrə):

Doğru cavablandırılan tapşırıqların sayı Qiymətləndirmə

(balla)

28-30 10
25-27 9
22-24 8
19-21 7
16-18 6
13-15 5
10-12 4
7-9 3
4-6 2
1-3 1
0 0

 

Abituriyentlər «İmtahana buraxılış vərəqəsi»ni buradan çap edə bilərlər.

İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Избранный
132
25
veteninfo.az

10Источники