Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Ermənistanın sülh sazişi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilmiş və təqdim olunan fundamental müddəalara uyğun olaraq, mümkün qədər tez bir zamanda sazişi imzalamağa hazırdır”, - o bildirib.
Xatırladaq ki, Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.
BAKU.WS