Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Məlumata görə, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər gedir.
Yanğın baş verən ərazilərə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.