Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva açıqlama verib.
"Unikal"ın Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxtın Binəqədi rayonunda yerləşən "MedEra" hospitalında baş verən insident zamanı işçilərdən biri - Nəzakət Paşayeva ayağından yaralanıb. 4 ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş.
"Bunlar gərək olmayaydı" deyən Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirir. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da sözlərinə əlavə edir.
Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.
Hospital ilə üzbəüz ərazidə qalan Ağadadaş Ağayevlə də görüşdük. Lakin o, bu məsələlərlə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsi