AZ

Ağadadaş Ağayevin yaraladığı qadın danışdı - VİDEO

Xalq artisti Ağadadaş Ağayevin  atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva açıqlama verib.

"Unikal"ın Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxtın  Binəqədi rayonunda yerləşən "MedEra" hospitalında  baş verən  insident zamanı işçilərdən biri - Nəzakət Paşayeva ayağından yaralanıb. 4 ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi  görürmüş.

"Bunlar gərək olmayaydı" deyən Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirir. Bununla yanaşı,  o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da sözlərinə əlavə edir.

Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə  hospitalın  direktoru İbrahim Əliyev aydınlıq gətirib.

Hospital ilə üzbəüz  ərazidə qalan Ağadadaş  Ağayevlə də  görüşdük. Lakin o,  bu məsələlərlə  bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
unikal.az

10Mənbələr